Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, BMT Baş assambleyasının iclası çərçivəsində baş tutan görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.
Ərdoğan irəlidə də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcəklərini və Krımın Ukraynanın tərkibinə qaytarılmasına çalışacaqlarını deyib.
Türkiyə dövlət başçısı Rusiya ilə dialoqun bərpasının Krım məsələsində və yarımadadakı Krım tatarlarının hüquqlarının pozulması faktına təsir etmədiyini deyib.
Vüqar İSMAYILOV