Modern.az

Türkiyə İncirlik bazası üçün Almaniyaya şərt QOYDU

Türkiyə İncirlik bazası üçün Almaniyaya şərt QOYDU

Dünya

21 Sentyabr 2016, 13:18

Türkiyə Almaniyanın İncirlikdə hərbi baza qurması ilə bağlı şərtlərini açıqlayıb.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, rəsmi Ankara tərəflər arasında məsələyə dair yeni müzakirələrin başlanmasına yaşıl işıq yandırıb.

 

Belə ki, Almaniya İncirlikdə uçuş sahəsi, anqar, qərargah, yataqxana və ofis binaları üçün 33 450 kv.metrlik sahə istəyir.

 

Məlumatda vurğulanır ki, rəsmi Ankara İncirlikdə inşa ediləcək həmin tikililərin Türkiyə Silahlı Qüvvələrinə məxsus inventarlara daxil edilməsi şərti daxilində razılığa gəlib.

 

İki ölkə arasındakı razılaşmada Türkiyə tərəfi "bazanı boşaldın" tələbini irəli sürdüyü halda Almaniya "İncirlikdən bütün hərbçilərini çıxaracaq" maddəsi öz əksini tapıb.

Xatırladaq ki, Almaniya parlamenti 1915-ci ildə Osmanlı imperiyasında ermənilərlə bağlı baş verən hadisəyə "soyqırımı" kimi qiymət verdikdən sonra almaniyalı deputatlar təhlükəsizlik baxımından İncirlik ərazisinə buraxılmamışdı.

 

Bu günlərdə Almaniya kansleri Angela Merkel parlamentin qərarının hökumətə aidiyyəti olmayacağını bəyan etdikdən sonra İncirlik məsələsi yenidən gündəmə gəlib.

 

Almaniya parlamenti bu yaxınlarda İncirlikdə hərbi bazanın tikintisi üçün 58 milyon avro ayrılması haqda qanun layihəsini təsdiqləyib. 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?