Modern.az

Ermənistanda hərbi parad zamanı insident yaşandı

Ermənistanda hərbi parad zamanı insident yaşandı

Dünya

21 Sentyabr 2016, 15:50

Ermənistanda bu gün keçirilən hərbi paradda insident yaşanıb.

 

Modern.az xəbər verir ki. bu barədə erməni jurnalasiti Serj Çamyan öz Facebook səhifəaində yazıb. Onun sözlərinə görə qızı ilə birlikdə paradaı izləməy gələn zaman “Yerkrapa” (Qarabağ müharibəsi veteranlarının birliyi) üzvləti tərəfdindən hücuma məruz qalıblar.

 

“Bu gün paradda, daha doğrusu onun ətrafında çox xoşagəlməz hadisə baş verdi. Xalq, normal insanlar, şəhərlilər, kəndlilər uşaqları ilə bir az tez gəlib yer tutaraq paradı izləməyə gəlmişdi. Mən də qızımla saat 8:30-da gəldim. Paradın başlanmasına 5 dəqiqə qalmış toppuş yanaqlarının altından hər rəngdə medalların asıldığı  komujlyajlı telkepuziklər (red-müharibə veteranları) bizə yaxınlaşaraq “Ərazini boşaldın tez, burada gənc Yerkrapa üzvləri və biz duracayıq” – deyə çığırmağa başladılar.

 

Anladığınız kimi ara qarışdı. Lakin şəhərlər aldığını və qan tökdüklərini deyən Manvel itlərini (red-Yerkrapa sədri Manvel Qriqoryan) nəinki qovduq, həm də razını mühafizə edən polisləri də öz tərəfimizə çəkə bildik. Hətta içki içdikdən sonra daha 2 dəfə üzərimizə hücum edən bu əclafları polisin də köməyi ilə ərazidən qovduq. Yaranan sıxlıq zamanı yanımızdakı bir qızın halı pisləşdi və onu təcili yardım apardı”.

 

Xatırladaq ki, Yerevandakı hərbi parad Ermənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuşdu.  

 

 

Vüqar İSMAYILOV        

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!