Modern.az

Rusiya XİN-dən “İsgəndər” raketlərinin Ermənistana satılmasına rəsmi MÜNASİBƏT   

Rusiya XİN-dən “İsgəndər” raketlərinin Ermənistana satılmasına rəsmi MÜNASİBƏT   

21 Sentyabr 2016, 17:27

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Ermənistana “İsgəndər” raketlərini satmasına münasibət bildirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, gündəlik brifinqdə Zaxarova həm Azərbaycan, həm də Ermənistanın ölkəsi ilə dost olduğunu, silah satışının isə ikitərəfli müqavilələr əsasında gerçəkləşdiyini deyib.

 

“Azərbaycan və Ermənistan Rusiya üçün dost ölkələrdir. Amma silah satışı ilə Rusiya Müdafiə Nazirliyi məşğul olur. Silah müqavilələri ikitərəfli müqavilələrlə nizamlanır”.

 

Vüqar İSMAYILOV        

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!