Modern.az

Edamların 89 faizin İran, Pakistan və Səudiyyə Ərəbistanı edir  

Edamların 89 faizin İran, Pakistan və Səudiyyə Ərəbistanı edir   

Dünya

21 Sentyabr 2016, 22:27

Bu gün BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ölüm hökmü və onun qurbanlarına həsr olunan yüksək səviyyəli tədbir keçirilib. Modern.az saytı "Report"a istinadən  xəbər verir ki, müzakirələrin moderatoru BMT Baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviç olub.

O bildirib ki, hazırda dünyada ölüm hökmünə olan münasibəti çətin ki, birmənalı adlandırmaq olar: "Bəşər tarixində heç vaxt ölüm hökmünün bu qədər ölkə tərəfindən ləğv edildiyi hal olmayıb. Digər tərəfdən, əgər biz 2014 və 2015-ci illərin göstəricilərini müqayisə etsək, o zaman qeydə alınan edamların sayının əhəmiyyətli dərəcədə artdığını görərik. Yəni qarışıq tendesiyalardan danışmaq olar".

BMT-nin məlumatına görə, dünyada təqribən 170 ölkə var ki, ya ölüm kökmünü ləğv edib, ya da heç zaman onu tətbiq etməyib. Bununla yanaşı, bütün ölüm hökmlərinin 89 faizi üç ölkədə – İran, Pakistan və Səudiyyə Ərəbistanında həyata keçirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?