Bərdənin sayca 22-ci kəndi, Samux mavi yanacaqla təmin olunub. Bu barədə açılış mərasimində iştirak edən millət vəkili Zahid Oruc Modern.az-a məumatında bildirib. O, qeyd edib ki, bu kənddə 350 abunəçi qeydiyata alınıb: “Samux kəndinın sakinləri 17 il idi ki, mavi yanacaqdan istifadə edə bilmirdilər. Bu sahədə müəyyən problemlər var idi. Ancaq 6 ay önçə bu məsələyə başlanıldı və hazırda problem öz həllini tapıb. İnsanlar infrasturukturun yaxşılaşdırılmasını, Azərbaycanın inkişafını öz həyatlarında hiss edirlər”.
Qeyd edək ki, açılış mərasimində rayon İcra Hakimiyyətinin başcısı, millət vəkili və rayon ictimayətinin tanınan nümayəndələri iştirak ediblər.
Deputat deyib ki, eyni zamanda iki kənddə Qarabağ əlliləri üçün tikilən evlərin də təqdimatı olub: “Qarabağ müharibəsi veteranlarından Azər Qarayevə Tağlar kəndidə və Rəfael Bayramova Yeni Daşkənd kəndində evlər verildi”.
Bundan əlavə Z.Oruc rayon İcra Hakimiyəti başcısının 2010-cu illə bağlı hesabatında iştirak edib.
Z. Oruc onu da bildirib ki, görülən işlər bununla bitmir: “Yaxın vaxtlarda daha iki binanın acılması nəzərdə tutulur. Bundan başqa, daha iki Qarabağ əlili üçün evlərin təqdimatı da olacaq.
Doqquz kəndin qazla təminatı tam olaraq yaxşılaşdırılacaq. Düzdür, bu kəndlərə qaz verilir, amma müəyən məsələlər var ki, onlar da aradan qaldırılacaq. Bununla da rayonda qaz alan kəndlərin sayı 30 çatacaq”.
Sədaqət Süleymanova