Modern.az

Sabiq prezidentin həyat yoldaşı xəstəxanaya yerləşdirilib

Sabiq prezidentin həyat yoldaşı xəstəxanaya yerləşdirilib

22 Sentyabr 2016, 00:25

Fransanın sabiq prezidenti Jak Şirakın həyat yoldaşı Bernadett Şirak Parisdə xəstəxanaya yerləşdirilib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə Şirak ailəsinin üzvlərinə istinadən AFP məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, qadın xəstəxanaya "bir az dincəlmək və gərginlikdən kənar durmaq üçün" yerləşdirilib.

Jak Şirak özü də ötən bazar ağciyər infeksiyası ilə əlaqədar Piyet-Salpetriyer xəstəxanasına yerləşdirilmişdi.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!