Modern.az

Ermənistan ordusunun Ağdamdakı təlimlərindən FOTOLAR

Ermənistan ordusunun Ağdamdakı təlimlərindən FOTOLAR

22 Sentyabr 2016, 10:45

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altındakı Ağdam rayonu ərazisində genişmiqyaslı hərbi təlimlər keçirir.

 

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimlərə 5 mindən artıq hərbi qulluqçu, 100-dən artıq tank və artilleriya qurğuları cəlb olunub.

 

“Aprel döyüşləri”nin ssenarisi əsasında keçirilən təlimlərdə müdafiə və əks-hücum taktikasından istifadə olunur.

 

Təlimlər təmas xəttinə yaxın mövqedə yerləşən kəndlərdə aydın eşidilir.


Modern.az erməni mənbələrinə istinadən həmin təlimlərdən fotoları təqdim edib.

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI