Modern.az

Prezidenti devirmək istəyirlər

Prezidenti devirmək istəyirlər

22 Sentyabr 2016, 11:21

Filippin hakimiyyəti xaricdən dəstək alan müxalifətin prezident Rodriqo Duterteni çevriliş yolu ilə devirəcəyi haqda məlumat əldə edib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda sentyabrın 22-də Dutertenin mətbuat katibi məlumat yayıb.

Onun sözlərinə görə, çevriliş hazırlığı haqda informasiya Amerikadakı etibarlı məbədən alınıb. Filippin müxalifəti 2017-ci ilin yanvar ayında Dutertenin itefası tələbi ilə kütləvi kampaniyaya başlamaq və küçə etirazları təşkil etmək niyyətindədir.

Dutertenin mətbuat katibi deyib ki, hakimiyyət prezidenti müdafiə edəcək və hər vasitə ilə bu cür təşəbbüslərə reaksiya verəcək.

Onun sözlərinə görə, hökumətdə kütləvi iştişaşların təşkilatçılarının hamısının adları da var.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!