Modern.az

İstanbula gedən turistlərin sayı 25% azalıb

İstanbula gedən turistlərin sayı 25% azalıb

22 Sentyabr 2016, 11:50

2016-cı ilin ilk 8 ayı İstanbul üçün turizm baxımından düşərli olmayıb. Terror aktları və uğursuz hərbi çevriliş cəhdi nəhəng meqapolisə gələnlərin sayını kəskin azaldıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 8 ayda İstanbula 6,3 milyon insan gəlib. Halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 8,1 milyon təşkil edirdi.

 

Rusiyadan gələn turist axını 47%, İspaniya və Yaponiyadan 52%, İtaliyadan 57%, Çindən 49% və Almaniyadan isə 19% olub.

 

Yerli mehmanxana sahibləri də turistlərin yoxluğundan dərin böhran keçirdiklərini bildiriblər.

 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!