Sentyabr ayında valyuta hərracında 612 milyona yaxın dollar satılıb ki, bu da yanvardan sonra ən yüksək göstəricidir.
Modern.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib.
Onun sözlərinə görə, yanvar ayında satılan dolların həcmi 1 milyardan çox olsa da, sonralar azalma müşahidə edilib:
“Ən az satış aprel ayında olub – 263 milyon dollar. 2016-cı ildə ümumilikdə valyuta hərracı vasitəsilə 4,6 milyard dollar satılıb.
Bunun təxminən 3,8 milyard dolları Neft Fondu, 833 milyon dolları Mərkəzi Bank tərəfindən satılıb. Mərkəzi Bank hətta aprel-may aylarında 200 milyon dollardan çox alış da edib”.
Gülşən RAUFQIZI