Modern.az

Abel Məhərrəmov müəllimlərə tapşırdı ki, tələbələri düzgün qiymətləndirsinlər

Abel Məhərrəmov müəllimlərə tapşırdı ki, tələbələri düzgün qiymətləndirsinlər

14 Fevral 2011, 15:20


Bu gün BDU-nun rektor, akademik Abel Məhərrəmov Biologiya fakültəsinin biofizika və immunologiya fənlərindən imtahan verən V kurs tələbələrinin imtahan prosesini izləyib. Universitetin Mətbuat və İnformasiya şöbəsindən Modern.az-a bildirilib ki, qiyabi təhsil alan tələbələrlə söhbət edən rektor, suallarla maraqlanıb, koordinator-nəzarətçilərdən isə köçürmə hallarının olub-olmamasını soruşub. İmtahanın gedişindən razılıq edən tələbələr rektora onları maraqlandıran suallar veriblər. Nəzarətçi-müəllimlər isə neqativ hallarının olmadığını bildiriblər.

Akademik Abel Məhərrəmov görüşdüyü bütün tələbələrə uğurlar arzulayıb, müəllimlərə isə tapşırıb ki, tələbələrin biliklərini obyektiv qiymətləndirsinlər.

***

Abel Məhərrəmov bu gün Biologiya, Kimya  və yeni açılacaq Ekologiya fakültələrində olub. Ekologiya fakültəsinin dekanlığı, tyutor otağı, Biologiya və Kimya fakültələrinin isə təmir edilmiş auditoriya və laboratoriyalarına baxış keçirib. İnzibati-təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı görülmüş işlər haqqında rektora ətraflı məlumat verib. A.Məhərrəmov İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Əzbər Sadayev, Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov və Biologiya fakültəsinin dekanı Akif Quliyevə müvafiq tapşırıqlar verib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi