ABŞ prezidentliyinə Demokratlar partiyasının namizədi Hillari Klintonla onun Respublikaçılar partiyasından olan rəqibi Donald Tramp arasında ilk televiziya debatı sentyabrın 26-da baş tutacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, debat 90 dəqiqə çəkəcək.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və milyarder Nyu-york ştatının Xempsted şəhərindəki Xofstra universitetində görüşəcəklər.
Noyabrın 8-də baş tutacaq seçkilərə qədər Klinton və Tramp daha iki dəfə teledebatda qarşılaşmalıdır. Ancaq birinci raund həlledici əhəmiyyət daşıyır.
Modern.az