Modern.az

2 avtobus toqquşdu: 68 yaralı

2 avtobus toqquşdu: 68 yaralı

23 Sentyabr 2016, 09:26

Türkiyədə 2 avtobusun toqquşması nəticəsində 68 nəfər yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Karabük şəhərinin Əskipazar qəsəbəsində baş verib.

 

Hadisə yerinə dərhal təcili tibbi yardım maşınları və polis heyyəti cəlb edilib. Yaralılardan 40-ı yaxınlıqda yerləşən xəstəxanalara aparılıb. 28 sərnişin isə  hadisə yerində müayinə olunub. Yaralılardan 1-nin vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir