Kürdüstan İşçi Partiyasının (PKK döyüşçüləri İraqın baş naziri Heydər Əl-Abadinin xahişi ilə Kərkükün cənubunda mövqe tutublar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə terror qruplaşmasının Kərkük və Mahmur qanadının komandiri Səlim Zilan keçirdiyi mətbuat konfransında deyib.
“İraqın baş naziri Heydər əl-Abadinin xahişi ilə Kərkükü İŞİD-dən qorumağa gəlmişik. Bizim onlarla döyüşçümüz ölüb və yaralanıb”.
Artıq Kərkükdə fəaliyyət göstərən “İraq-Türkmən Cəbhəsi”nin rəhbəri Ərşad Salehi PKK-çıların dərhal bölgəni tərk etməsini tələb edib.
Kərkük vilayətinin qubernatoru Nəcməldin Kərim isə bölgədə yalnız 100 PKK döyüşçüsünü olduğunu deyib.
Vüqar İSMAYILOV