Modern.az

Prezidentin işlər idarəsi müəssisəsinin baş direktoru özünü güllələdi

Prezidentin işlər idarəsi müəssisəsinin baş direktoru özünü güllələdi

Aktual

23 Sentyabr 2016, 13:20

“Prezident-Servis”in baş direktoru Dmitri Kryukovun Moskvanın mərkəzindəki ofisdə meyiti tapılıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, o, özünü öldürməzdən əvvəl məktub yazaraq bu addımına görə heç kimi günahlandırmamağı xahiş edib.

Meyiti aşkarlanan 45 yaşlı Kryukovun əlində tapança olub. İlkin məlumata görə, o, başına atəş açaraq intihar edib.

Ofisi Arbatda yerləşən “Prezident-Servis” prezident administrasiyasının, Dövlət Dumasının, Nazirlər Kabinetinin və hakimiyyətin digər orqanlarının sevis xidməti ilə məşğul olur. Onun tabeliyində otellər, pansionatlar, sağlamlıq kompleksləri və istirahət evləri var.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir