Modern.az

“İki ölkə arasında tibbi sahədə əməkdaşlıq  çox yaxşı səviyyədədir”

“İki ölkə arasında tibbi sahədə əməkdaşlıq  çox yaxşı səviyyədədir”

23 Sentyabr 2016, 20:46

İran səhiyyə nazirinin  Bakıya gözlənilən səfəri ilə Azərbaycan və İran arasında  imzalanmış əməkdaşlıq sazişləri icrasına başlanılacaq. Modern.az saytı xəbər verir ki, bunu APA-nın Iran bürosuna açıqlamasında   İranın səhiyyə nazirinin müavini və Nazirliyin sözçüsü  İrəc  Hərirçi  deyib.

 

İ. Hərirçi  deyib ki,  Azərbaycan və İran arasında  tibbi, elmi  əməkdaşlıq  çox yaxşı  səviyyədədir.  “Səhiyyə və dərman preparatları istehsalı  sahəsində iki ölkə arasında  müqavilələr  mövcuddur. Bu sənədlərin olması göstərir ki, iki ölkənin tibbi sahədə əməkdaşlığı üçün münbit şərait mövcuddur. Ümid edirik ki, İranın səhiyyə nazirinin  Bakıya gözlənilən səfəri ilə Azərbaycan və İran arasında  imzalanmış əməkdaşlıq sazişləri icrasına başlanılacaq”

 

İ.Hərirçi deyib ki,  bu gün Azərbaycanda və Naxçıvanda  çoxlu İranlı  həkimlər fəaliyyət göstərir: “Bu həkimlər  ağır əməliyyatlar, o cümlədən böyrək köçürmə əməliyyatı və digər əməliyyatlar həyata keçirir. Azərbaycandan isə çox sayda  həkimlər İran  universitetlərində  elm  dərəcəsi üzrə təhsil alır. Ümumilikdə,  iki ölkə arasında tibbi sahədə əməkdaşlıq  çox yaxşı səviyyədədir“

 

O əlavə edib ki, Təbriz Universiteti müştərək əməkdaşlıq üçün  əsas  təhsil ocağıdır: “Bir neçə ay  öncə  Azərbaycan rəsmiləri ilə əməkdaşlıq sazişi imzalanıb və onun icrası ilə  iki ölkə arasında tibb sahəsindəki əməkdaşlıq daha da artacaq.”

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir