Modern.az

Qayığın  batması nəticəsində ölənlərin sayı 162-yə çatıb

Qayığın  batması nəticəsində ölənlərin sayı 162-yə çatıb

23 Sentyabr 2016, 21:27

Misirdə miqrantları daşıyan qayığın  batması nəticəsində ölənlərin sayı 162-yə çatıb. Modern.az saytı xəbər verir ki, bu barədə APA "Gazeta.ru"-ya istinadən məlumat yayıb. Məlumata görə, sentyabrın 21-də batan qayığın göyərtəsində təxminən 600 miqrant olub. Qəza qurbanlarının sudan çıxarılması üçün axtarış-əməliyyat tədbirləri davam etdirilir.

 

Qayıq Aralıq dənizi sahillərində, Rəşid şəhəri yaxınlığında batıb. Onun göyərtəsində əsasən Sudan, Suriya, Somali və Eritreya vətəndaşları olub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var