Modern.az

Avroparlament Ukrayna ilə viza rejiminin ləğvinin lehinə səs verib

Avroparlament Ukrayna ilə viza rejiminin ləğvinin lehinə səs verib

Dünya

26 Sentyabr 2016, 23:16

Avroparlamentin vətəndaş azadlığı, daxili və ümumi işlər üzrə Komitəsi Ukrayna vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib. Modern.az saytı xəbər verir ki, APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq səsvermə bu gün Avroparlamentin Brüsseldəki mənzil-qərargahında keçirilib.

 

Deputatlardan 38 qərarın lehinə, 4-ü əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.

 

Qeyd edək ki, Komitənin səsverməsi tövsiyə xarakter daşıyır. Viza liberallaşdırılması ilə bağlı qərar Avropa İttifaqı Şurası və Avroparlamentin sessiyasında təsdiqlənməlidir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var