Modern.az

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən silsilə tədbirlər

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən silsilə tədbirlər

Qarabağ

15 Fevral 2011, 16:00


Humanitar sahədə fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Az.QAC) respublikada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yeganə təmsilçisidir. Milli Cəmiyyətin fəaliyyət dairəsi çox genişdir. Respublikanın bütün şəhər və rayonlarında Cəmiyyətin yerli bölmələri fəaliyyət göstərir.

Az.QAC müxtəlif mövzularda humanitar layihələr həyata keçirir. Xüsusən, tibbi sahədə maarifləndirmə işlərinə önəm verilir. Belə layihələr yeniyetmə və  gənclərin maarifləndirilməsi üçün əsasən təhsil ocaqlarında tez-tez təşkil olunur.

Modern.az-ın məlumatına görə, Nərimanov rayonunda qaçqın və məcburi köçkün uşaqların təhsil aldıqları 13 saylı Kəlbəcər orta məktəbində belə tədbir keçirilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Miqrasiya” və “Sağlamlıq və qayğı” söbələri bu kimi silsilə tədbirləri birgə həyata keçirir. Tədbirin məqsədi şagirdlərə ilk yardım vərdişlərinin öyrədilməsi olub. Çünki, müxtəlif xoşagəlməz hadisələrə həyatda tez-tez rast gəlinir və belə hallarda zərərçəkənə ilkin yardım göstərilməsi çox vacibdir. Vaxtında göstərilməyən yardım zərərçəkənin həyatına təhlükə yaradır və yaxud onun səhhətinin gec bərpa olunmasına səbəb olur.

Az.QAC-ın “Miqrasiya” şöbəsinin müdiri Məmməd Kətanov tədbiri açaraq öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovun adından iştirakçıları salamlayıb və Az.QAC-ın fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə Az.QAC-ın müvafiq şöbələrinin əməkdaşları da istirak ediblər.

“İlk yardım” sektorunun rəhbəri Şahin Biləndərli şagirdlərə ilk yardımın əsaslarına aid qısa təlim keçib. Təlim zamanı yaralar, qanaxmalar (o cümlədən burun qanaxması), yanıqlar, zəhərlənmələr vaxtı göstərilən ilk yardımlar barədə ətraflı məlumatlar verilib. Şagirdlərə nəzəri biliklərlə yanaşı, əyani vərdişlər öyrədilib. Şagirdlər onları marağlandıran məsələlər barədə çoxlu suallar verib və həmin suallara ətraflı cavablar alıblar.

Tədbirdə iştirak edən müəllimlər belə təlimlərin vacibliyini geyd edərək şagirdlərin adından gələcəkdə də bu kimi təlimlərin keçirilməsini azulayıblar. Tədbirin sonunda şagirdlərə məktəbli ləvazimatları təqdim edilib.

Məktəbin direktoru Az.QAC-ın prezidenti, millət vəkili N. Aslanova bu tədbirin keçirilməsinə görə müəllim kollektivi və şagirdlər adından öz dərin təşəkkürünü bildirib.

Tədbirdə 41 nəfər müəllim heyəti və şagirdlər iştirak edib.



Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...