Modern.az

Şura maliyyə hesabatlarının tərtibi ilə bağlı QHT-lərə yardım edir

Şura maliyyə hesabatlarının tərtibi ilə bağlı QHT-lərə yardım edir

Qarabağ

15 Fevral 2011, 16:28

«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq, QHT-lərin Maliyyə Nazirliyinə təqdim edəcəyi illik maliyyə hesabatlarının tərtibi işində təşkilatlara kömək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən (Bakı şəhərində, Şuranın ofisində: F. Əmirov küç.1, 2-ci mərtəbə) iş günlərində məsləhət xidməti təşkil edilib.

Modern.az saytına verilən məlumata görə, QHT-lər lazımi məsləhətlər almaq üçün bu xidməti həyata keçirən Şura əməkdaşlarına qəbul qrafikində göstərilmiş günlərdə müraciət edə bilərlər.         

Məsləhət təlimləri region QHT-ləri üçün də təşkil edilir. Tədbirlər Azərbaycan Milli QHT Forumunun Quba, Qəbələ, Şirvan, Mingəçevir və Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs Mərkəzləri (RQRTM) vasitəsilə həyata keçirilir.     

Təlimlər Şuranın mütəxəssisləri tərəfindən 15-16; 22-23 fevral, 2-3; 10-11 və 16-17 mart tarixlərində RQRTM-lərin ofislərində keçiriləcəkdir. Şuranın əməkdaşları tədbirlər keçirilən günlərdə QHT-lərə məsləhət xidməti də göstərəcəklər.

Xatırladırıq ki, QHT-lər illik maliyyə hesabatını Maliyyə Nazirliyinə 01 aprel 2011-ci ilədək təqdim etməlidirlər.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...