Modern.az

“ABŞ Rusiya ilə danışıqları dayandırmaq həddindədir”

“ABŞ Rusiya ilə danışıqları dayandırmaq həddindədir”

29 Sentyabr 2016, 23:28

“ABŞ Rusiya ilə Suriyadakı münaqişənin nizamlanmasına dair danışıqları dayandırmaq həddindədir”. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib. 

 

Məlumata görə, Kerri bu sözləri “Washington Ideas” forumunda “ABŞ  sentyabrın 9-da əldə olunan razılaşmaların icra olunması üçün Rusiyaya daha bir şans vermək niyyətindədirmi?” sualına cavabında bildirib.  

 

“Xeyr, düşünürəm ki, biz  diskussiyaları  dayandırmaq həddindəyik. Bu Suriyadakı bombardmanlar fonunda  daha məqsədəuyğundur. Bu, bizim digər alternativlər axtarmalı olduğumuz məqamlardan biridir”, - deyə Kerri qeyd edib. 

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir