Modern.az

Milli QHT Forumu da İlham Əliyevə müraciət etdi

Milli QHT Forumu da İlham Əliyevə müraciət etdi

Qarabağ

16 Fevral 2011, 15:02

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyəti (MQF) prezident İlham Əliyevə müraciət edib. Modern.az-a verilən məlumata görə, sıralarında 600-dək QHT-ni birləşdirən MQF-nin müraciətdə deyilir:

- Sıralarında 600-dək QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyəti (MQF) son dövrlərdə ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa, vəzifədən sui-istifadə hallarına, bir sıra məmurların xalqın ehtiyaclarına laqeyd münasibətinə, insan hüquqlarının pozulması hallarına qarşı apardığınız mübarizəni təqdir edir və fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

 Ölkəmizdə demokratiyanın inkişafı, insanlarımız üçün ləyaqətli həyat səviyyəsinin təmin edilməsi, dövlətimizin imicinin beynəlxalq səviyyədə yüksəldilməsi , əhalinin maddi rifahının yaxşılaşdırılması, respublikamızın qarşısında duran aktual problemlərin həlli bu mübarizənin uğurlu nəticələrindən çox asılıdır.

 Biz, Vətəndaş Cəmiyyəti təşkilatlarının nümayəndələri bu prosesdə fəal iştirak etmək, əhali ilə dövlət arasında sivil münasibətlərin daha da dərinləşdirilməsi, Sizin dəfələrlə dediyiniz kimi dövlət orqanlarının fəaliyyəti üzərində ictimai nəzarətin təmin edilməsi üçün öz qüvvələrimizi səfərbər etməyə, Sizə və müvafiq dövlət orqanlarına hər cür ictimai dəstək verməyə hazır olduğumuzu bildiririk.

 Dövlət plan və proqramlarının yerinə yetirilməsinin, qəbul edilmiş qanunların icrası, insan hüquqlarının qorunması vəziyyətinin monitorinq edilməsi, Sizin bu böyük fəaliyyətinizlə bağlı ictimai dinləmələri, QHT-lərin fəaliyyətinin sözügedən yöndə  səfərbərliyə alınmasını təşkil edə, ictimai fikrin antikorrupsiya siyasətinə uyğun olaraq formalaşmasına yardımçı ola bilərik. 

 Bir daha Sizə taleyüklü və şərəfli vəzifənizdə, dövlətimizin tərəqqisi naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Rauf  Zeyni
MQF-nin  prezidenti

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...