Modern.az

Bakıda yeni hərəkat yarandı

Bakıda yeni hərəkat yarandı

Qarabağ

16 Fevral 2011, 17:00

Fevralın 15-də “Azərbaycan Xalq Cümhuriyyəti” adlı Hərəkatın Təşəbbüs Qrupu yaradılıb. Təşəbbüs Qrupunda Azərbaycan Mill Azadlıq Hərəkatının fəallarından olmuş Tofiq Seyid, Rafiq Turabxanoğlu, Elman Cəlilov, Mirmövsüm Mahmudlu və başqaları var.
Qurumdan Modern.az-a verilən məlumata görə, Hərəkat 9 il öncə yaradılmış AXC Təşəbbüs Qrupunun bazası əsasında yaradılır. Hərəkatda ictimai-siyasi xadimlər, elm və mədəniyyət adamlarının bir araya gəlməsi nəzərdə tutulub.
Azərbaycan Xalq Cümhuriyyəti Hərəkatının məqsədi Azərbaycanda demokratik parlamentli respublikanın bərpasına nail olmaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının özünün varisi hesab etdiyi Azərbaycan Xalq Cümhuriyyəti məhz parlamentli respublika olub. Yein hərəkatın qurucuları hesab edir ki, əgər bugünkü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidirsə, onun dövlət quruluşu da bərpa olunmalıdır.
Təşkilata rəhbərlik kollegial şəkildə həyata keçiriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...