Modern.az

Nazirin üstünə bir vedrə süd tökdülər - VİDEO

Nazirin üstünə bir vedrə süd tökdülər - VİDEO

1 Oktyabr 2016, 11:59

Vətəndaş fəalı Moldovanın maliyyə naziri Oktavian Armaşın üstünə bir vedrə süd töküb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, kişi hərəkətini Maliyyə Nazirliyinin fəaliyyətinə etiraz əlaməti kimi qiymətləndirib.

 

“Mən bu gün maliyyə naziri Oktavian Armaşa öz etirazımı bildirdim. Çünki o, moldovanları növbəti 25 illik borca sürükləyib”, - Andrey Donike deyib.

 

Polislər dərhal onu yaxalayıblar, ona qarşı “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Moldova qanunvericiliyə görə, onu 14 leev (12800-dən 38 500 rubla qədər) cərimə, 240 saatlı ictimai iş, yaxud 3 ildən 5 ilə qədər həbs cəzası gözləyir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı