Modern.az

İŞİD jurnalisti qətlə yetirib

İŞİD jurnalisti qətlə yetirib

2 Oktyabr 2016, 23:15

Liviyanın Sirt şəhərində jurnalist qətlə yetirilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Belə ki, hollandiyalı jurnalist hökumət qüvvələri ilə milli birlik hökuməti qüvvələri arasında gedən döyüşləri işıqlandırarkən öldürülüb.

Misurat mərkəzi hospitalının nümayəndəsinin sözlərinə görə, holland jurnalist Sirtdə hərbi əməliyyatları işıqlandıran zaman İŞİD snayperinin açdığı atəş nəticəsində sinəsindən yaralanaraq ölüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı