Modern.az

Macarıstan qaçqınlara “yox” dedi

Macarıstan qaçqınlara “yox” dedi

3 Oktyabr 2016, 00:32

Oktyabrın 2-də Macarıstanda Avropa İttifaqının qaçqınlar siyasətinə həsr edilmiş referendum keçirilib. Modern.az saytı xəvər verir ki, seçicilərə yalnız bir sual verilib: “Avropa İttifaqının Macarıstan parlamentinin razılığı olmadan Macarıstan vətəndaşlığı olmayan şəxslərin ölkəyə köçürülməsi barədə qərar çıxarmasına razısınızmı?”

 

Virtualaz.org Macarıstan mətbuatına istinadən xəbər verir ki, referendumda seçicilərin ümumi sayının 39,88%-i (3,2 milyon nəfər) iştirak edib. Referendum iştirakçılarının təxminən 95%-i qoyulmuş suala “yox” cavabı verib.

 

Lakin Macarıstan qanunlarına görə, referendumun baş tutmuş hesab edilməsi üçün seçicilərin azı 50%-i ümumxalq səsverməsində iştirak etməlidir. Mərkəzi Seçki Komissiyasının sədri Andraş Patyinin sözlərinə görə, indiki halda bu, inandırıcı görünmür və çox güman ki. Referendum baş tutmamış hesab ediləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı