Modern.az

Polis əhaliyə atəş açdı - 52 nəfər öldü

Polis əhaliyə atəş açdı - 52 nəfər öldü

3 Oktyabr 2016, 09:44

Efiopiyada 3 milyon əhalinin milli-dini bayramını qeyd etdiyi zaman qanlı insident yaşanıb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ölkənin paytaxtı Əddis-Əbəbənin 45 kilometrliyində yerləşən Dberzit şəhərində Oromo qəbiləsinin bayramında əhali ilə polis arasında qarşıdurma yaranıb.

Silahlı insidentə əsas səbəb bayramdakı insanlardan bir qisminin hökumət əleyhinə şüarlar səsləndirməsi olub.

Polis hökumətə qarşı şüar səsləndirənlərə odlu silahdan atəş açıb. Polisin açdığı atəş nəticəsində 52 nəfər ölüb. Yüzlərlə insanın ağır yaralandığı bildirilir.

Hələ ki, hökumətə qarşı şüarlar səsləndirənlərin hansı müxalif təşkilatlardan olduğu bilinmir.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı