Modern.az

Ramzan Kadırovu iqamətgahında partlatmaq istədilər – DETALLAR

Ramzan Kadırovu iqamətgahında partlatmaq istədilər – DETALLAR

3 Oktyabr 2016, 11:13

Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

 

Modern.az “Novoya qazeta”ya istinadən xəbər verir ki, Kadırovun tez-tez qaldığı Benoy kəndindəki iqamətgahına partlayıcı qurğu yerləşdirilibmiş. Qəzetin Çeçenistandakı mənbəsinin xəbərinə görə sui-qəsd cəhdi bu ilin may-iyun aylarında ifşa olunub lakin bununla bağlı informasiya gizli saxlanılıb.

 

Yay aylarında Qudremes, Kurçaloy və Noja-Yurt rayonlarında onlarla gənc saxlanılıb. Gizli mənbə hadisəni Kadırova qarşı hakimiyyəti dövründə təşkil edilən ən böyük sui-qəsd planı adlanıdırıb.

 

Planın ifşası mayın 8-də Qroznıda öldürülən 2 silahlı şəxsin telefonlarında tapılan sxem və əlaqə nömrələri sayəsində mümkün olub.    

 

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı