“İslam dövləti” qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zəhərləyiblər.
Modern.az xəbər verir ki, bu barədə İraq mediası Naynava vilayətindəki mənbəsinə əsasən xəbər yayıb.
Bağdadi ilə yanaşı daha 3 İŞİD komandrinini də yeməyinə zəhər qatıldığı və onların hamısının ağır bəziyyətdə naməlum istiqamətə aparıldığı deyilir.
Məlumatan görə hadisə Mosulun cənub-qərbində, Suriya sərhəddi yaxınlığında baş verib.
Ərazidə axtarışlar aparılıb və xeyli insanın həbs olunduğu deyilir.
Qərb mətbuatı əl-Bağdadinin həbsi barədə açıqlama yaysa da xəbər öz təsdiqini tapmamışdı.
Vüqar İSMAYILOV