Ermənistanda ciddi kadr dəyişiklikləri olub.
Modern.az Ermıənistan KİV-nə istinadən xəbər verir ki, Serj Sarkisyanın sərəncamı ilə Movses Akopyan Baş Qərargah rəisi təyin olunub.
Bu vaxta qədər o, Baş Qəragah rəisinin müavini və qondarma “Dağlıq Qarabağ Respublikasıının müdafiə naziri” postlarını icra edib. Akopyan 1965-ci ildə Dağlıq Qarabağın Çartar kəndində anadan olub.
Digər sərəncamla isə keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov Ermənostan Milli Təhlükəsizlik Komitəsinin katibi təyin olunub.
Parale olaraq müdafiə naziri postuna təyin olunan Viqen Sarqsyanın yerinə prezidentə aparatına Armen Qevoqyan gətirilib.
Ermənistandakı sonuncu kadr dəyişiklikləri müdafiə naziri postundan gedən Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Baş katib təyin olunacağı gözləntilərini doğruldub.
Vüqar İSMAYILOV