Modern.az

Türkiyədə İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat

Türkiyədə İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat

3 Oktyabr 2016, 23:40

Türkiyədə İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziantep Polis Departamenti Şahinbəy rayonunun Çaxmaq məhəlləsində əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda axtarışlar aparıb. Əməliyyata xüsusi təyinatlı polis qüvvələri də cəlb olunub.

Əməliyyat zamanı terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 4 nəfər saxlanılıb. Saxlanılanlar Qaziantep Polis Departamentinin Terrorla Mücadilə Şöbəsinə aparılıb.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı