Modern.az

Ekspert: "Bakıda mənzillərin qiyməti 40 faiz aşağı düşəcək"

Ekspert: "Bakıda mənzillərin qiyməti 40 faiz aşağı düşəcək"

Qarabağ

17 Fevral 2011, 13:08

Artıq iki həftədən çoxdur ölkədə antikorrupsiya tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində bir sıra sahələrdə, eləcə də biznesdə, sahibkarlıq subyektlərinin fəaliyyətlərinin genişləndirməsində  müəyyən  dəyişikliklər  proqnozlaşdırılır. Prosesin tikinti sektoruna necə təsir göstərəcəyi sual doğurur. Çünki, bu sahədə dairənin qapalı olması, tikinti zamanı şirkətlərin ödədikləri qeyri-rəsmi ödənişlər mənzi bazarının inkişafını tormuzlamaqla yanaşı, sahibkarların  bazarı tərk etməsinə  gətirib çıxarıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, cari ildə də mənzil sektorunda durğunluğun davam etməsi müşahidə edilir. İpoteka proqramı çərçivəsində təklif olunan kretidlərdən istifadə edənlərin sayında artımlar var. Eyni zamanda mənzilə tələbatın, xüsusilə Bakı  ətrafında  artması müşahidə edilir.  Lakin bütün bunlar tikintidə və mənzil bazarında durğunluğun aradan qaldırılmasına təsir göstərmir. Mənzil bazarında təklif tələbatı üstələyir. Tələbat hələ də zəif olaraq qalmaqdadır. Tikinti bazarının son zamanlar müşahidə edilən spesifik cəhəti bu sektorda yeni binaların inşasında kifayət qədər azalma var. Mənzil bazarında və tikinti sektorunda müşahidə edilən durğunluq  qiymətlərin yüksək olması, qiymətlərin daha çox süni qiymətlər şəklində olmasıdır. Süni qiymətlər birmənalı şəkildə mənzil bazarında tələbatın formalaşmasına imkan vermir”.

İqtisadçının sözlərinə görə, hazırda yenə də  paytaxtda mənzillərin qiyməti əksər Mərkəzi Şərqi Avropa ölkələrinin paytaxtları ilə muqayisədə bahadır: “Tikinti şirkətlərinin mənzillərin qiymətlərini aşağı salmamalarının əsas  səbəblərindən başlıcası tikinti zamanı çəkdikləri xərclərin yüksək olmasıdır. Monitorinqlər göstərir ki, tikinti şirkətlərinin xərclərinin təxminən 40 faizini qeyri-rəsmi ödənişlər təşkil edir. Hansıki bu da tikinti zamanı müxtəlif dövlət qurumlarına verilən qeyri-rəsmi ödənişlərdir. Korrupsiyaya qarşı mübarizənin aparılması tikinti sektoruna birmənalı şəkildə təsir göstərəcək. Əgər korrupsiyaya qarşı mübarizə kompleks və davamlı aparılarsa,  bu, tikinti sektorunda inşa edilən mənzillərin xərcinin təxminən 40 faiz aşağı düşməsinə gətirib çıxaracaq”.

V.Bayramov hesab edir ki,  2011-ci ilə  tikinti sektorunda  mənzillərin qiymətinin dəyişməsi korrupsiyaya qarşı mübarizənin hansı səviyyədə aparılmasından asılı olacaq: “Mənzil bazarında müşahidə olunan vəziyyətin dəyişməsi tələb və təklifin artması ilə deyil, xərclərin necə azalması ilə bağlı  olacaq. Proqnozlarımıza görə, korrupsiyaya qarşı mübarizə davamlı olarsa, bu, Bakıda mənzillərin qiymətlərinin 40 faiz ucuzlaşmasına gətirib çıxaracaq”.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...