Modern.az

“Turan” agentliyi Elxan Kərimovun yerinə fotoqraf tapdı

“Turan” agentliyi Elxan Kərimovun yerinə fotoqraf tapdı

17 Fevral 2011, 13:22

“Turan” İnformasiya Agentliyində mərhum fotoqraf Elxan Kərimovun yeri tutulub.

 

Modern.az-ın məlumatına görə, “Turan”da fotoqraf şatatı artıq tutulub. İndiyədək Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutunda (RATİ) işləyən fotoqraf Etimad Budaqov artıq rəsmən “Turan”da çalışır. Məlumatı Modern.az-a adı çəkilən agentlikdən veriblər.

 

“Turan”ın tanınmış fotoreportyoru Elxan Kərimov ötən il dekabrın 19-da evində ürəktutmasından dünyasını dəyişib. O uzun müddət idi ki, bu agentlikdə çalışırdı.

 

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM