Modern.az

Beş QHT yığışıb forum təsis etdi

Beş QHT yığışıb forum təsis etdi

Qarabağ

17 Fevral 2011, 13:46


Bu gün “Demokratik Azərbaycan Naminə” İctimai Birliyi, “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi, “Sağlam İnkşaf və maarifləndirmə” İctimai Birliyi, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi və Bakı Gənclər Klubu İctimai Birliyi “Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumu” təsis ediblər.

Modern.az-ın məlumatına görə  “Demokratik İslahatçı Gənclər”  İctimai Birliyin sədri və forumun əlaqələndiricisi Vüsalə Hüseynova türk millətlərinin həmrəyliyinin həm Azərbaycan, həm də digər türk xalqlarının mənafeyi baxımından çox böyük əhəmiyyət daşıdığını, bunun üçün bütün sahələr üzrə əməkdaşlıq münasibətlərini dərinləndirilməsinin zəruri olduğunu deyib: “Təssüflər olsun ki,  nə BMT-nin ölkəmizə qarşı işğalçılıq siyasətini pisləyən məlum qətnamələri, nə İslam Konfransı Təşkilatının yekun qərarları, nə də digər beynəlxalq qurumların anoloji mövqeləri hələ ki, pozulmuş ərazi bütövlüyümüzun bərpası üçün yetərli deyil. Birmənalı sürətdə ölkəmizin haqq işini müdafi edən tək Türkiyə Cümhüriyyətidir. Buna görə də müasir dünyada vətəndaş cəmiyyətləri  strukturlarının ictimai rəyə təsir imkanlarına və problemlərin həllində oynadığı rola diqqət edərək “Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumu”nun təsis edilməsini qərara almışıq”.

Tədbirdə çıxış edənlər yeni yaranmış bu forumun  günümüz üçün zəruri olduğunu bildiriblər.

Tədbirdə həmçinin  Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi İsmayıl Çalışqan və Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Nail Şamiloviç də iştrak edib.

Mail Ağaxanov     

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...