Modern.az

Daha bir heyvan növünün nəsli kəsildi

Daha bir heyvan növünün nəsli kəsildi

4 Oktyabr 2016, 15:40

ABŞ-ın Atlanta şəhərindəki botanika bağında “Ecnomiohyla rabborum” növündən olan sonuncu qurbağa da keçinib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, suda və quruda yaşayan qurbağanın uzunluğu 62-100 mm arasında olub. Əsasən gecə həyatı sürən və həşəratlarla qidalanan qurbağa yalnız Panamanın 2 vilayətində 9001500 metr hündürlükdə yaşayıb.

 

Lakin Xitridiomedtsin xəstəliyi “Ecnomiohyla rabborum” xəstəliyi qurbağaların yaşayışına ciddi zərər vuraraq onların kütləvi ölümünə səbəb olmuşdu.

 

2016-cı ildə bu qurbağa növünün “Tafi” ləqəbli sağ qalan yeganə üzvü Atlanta botanika bağında yerləşmişdi. Ötən gün onun ölümü ilə bu növ qurbağaların rəsmən nəsli kəsilib.

 

 

Vüqar İSMAYILOV  

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI