Filippində narkomanları narkotik alverçilərini məhv etməkdən ötrü hər birində 16 polis olan 10 dəstə fəaliyyət göstərir.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu həmin dəstələrdən birinin üzvü deyib.
Onun sözlərinə görə, 3 ay ərzində 87 nəfəri öldürüb, yaxud məhvində iştirak edib. Polis etiraf edir ki, o və onun həmkarları bundan ləzzət almırlar, yalnız öz borclarını yerinə yetirirlər. Bu əməliyyatlar isə əsasən gecələr, özü də maska taxaraq keçirilir.
Modern.az