İran hərbçiləri ölkənin qərbində silahlı qruplaşma ilə toqquşmada 12 terrorçunu zərərsizləşdiriblər. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandiri Məhəmməd Pakpur açıqlama verib.
Onun sözlərinə görə, toqquşma İraqla sərhəddə yerləşən Kermanşah əyalətində baş verib. Toqquşmada 3 iranlı hərbçi xəsarət alıb.
Modern.az