Suriyanın şimalındakı Cerablus və Manbic şəhərləri arasında İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması yaraqlılarına məxsus həbsxana binaları aşkar olunub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD-in adamları əsirlikdə saxladığı həmin ərazi indi Suriya Azadlıq ordusunun və kürd birləşmələrinin nəzarətindədir.
İŞİD terrorçuları həmin həbsxanalara Suriyanın bütün əyalətlərində ələ keçirdikləri adamları gətiriblər. Əsirlikdə olanların əksəriyyəti ya siqaret çəkdiklərinə, ya da yaraqlıların bəyənmədiyi formada geyindiklərinə görə saxlanılıblar. Hətta küçələrdə ibadət edənlər də həmin həbsxnalara salınıblar.
Yaraqlılar ərazilərdən çəkiləndə həbsxanadakıların yarısını edam ediblər, qalanlarını Hələbin şərqindəki El-Bab şəhərinə aparıblar. Azadlığa qovuşmağa nail olanlar isə orada saxlanılanların işgəncə və təhqilərlə üzləşdiklərini, edam edildiklərini bildiriblər.
Modern.az