Modern.az

Tacikistanda ordu döyüş hazırlığı vəziyyətinə gətirilidi

Tacikistanda ordu döyüş hazırlığı vəziyyətinə gətirilidi

5 Oktyabr 2016, 00:51

Əfqanıstanın şimal əyalətində - Tacikistanla həmsərhəd Kunduz şəhəri uğrunda gedən döyüşlərlə əlaqədar tacik sərhədçiləri döyüş hazırlığı vəziyyətinə gətirilib. Tacikistan ordusunun əsgərləri də müdafiə xəttinin arxasında hazırlıq vəziyyətindədir.

Modern.az saytı xəbər verir ki, AzərTAc-ın məlumatına görə, bu haqda Tacikistan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Xəbər agentliklərinin məlumatlarına görə, Kunduz şəhərində nəzarəti ələ almaq üçün Əfqanıstan ordusunun “Taliban” radikal qruplaşmasının terrorçuları ilə döyüşlərində 40-dan çox talibançı öldürülüb.

 

Xatırladaq ki, ötən il sentyabrın 28-də taliblər Kunduz şəhərini işğal edib, 3 gün sonra isə şəhərdən qaçmağa məcbur olublar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı