ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan Donald Tramp Suriya münaqişəsindəki roluna görə Rusiyanı ittiham edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Arizona ştatında seçiciləri qarşısında çıxış edən Tramp atəşkəsin əməl olunmamasına görə rəsmi Moskvanın məsuliyyət daşıdığını deyib.
“Rusiya atəşkəs razılaşmasını pozdu və bu gün Suriyada atəş açılır, bombalar partlayır. Buna tezliklə son qoyulmalıdır”.
Tramp bundan əvvəl ünvanına komplimentlər dediyi Putinə də irad bildirib.
“Putin nə prezident Barak Obamaya, nə də Hillari Klintona hörmət etmir”.
Vüqar İSMAYILOV