Modern.az

İraq səfiri ittihamlara görə Türkiyə XİN-ə çağırıldı

İraq səfiri ittihamlara görə Türkiyə XİN-ə çağırıldı

5 Oktyabr 2016, 12:43

 

İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl-Ələvi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Məlumatda bildirilir ki, səfir ona görə  XİN-nə çağırılıb ki, dünən İraq parlamenti Türkiyə əleyhinə ağır ittihamlar olan qərar qəbul edib.

 

Qeyd edək ki, qərarda İŞİD-ə qarşı könüllülərə hərbi təhsil verən türk ordusu işğalçı qüvvə adlandırılıb.Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları pislənilib. Türkiyə ilə ticarət və iqtisadi əlaqələrin bir daha nəzərdən keçirilməsi qeyd edilib.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı