Modern.az

BMT-nin baş katibi ola biləcək namizədin adı AÇIQLANDI

BMT-nin baş katibi ola biləcək namizədin adı AÇIQLANDI

5 Oktyabr 2016, 13:53

 

Bu gün BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) baş katibi postuna namizədlərlə bağlı qeyri-formal səsvermənin altıncı mərhələsi keçiriləcək. 

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlki beş mərhələdə BMT TŞ-nın 15 üzvü namizədlərin siyahısında kimi bəyənib-bəyənmədiklərini, yaxud hansısa namizədlə bağlı konkret fikirlərinin olmadığını qeyd ediblər. 

Altıncı mərhələnin isə xüsusi əhəmiyyəti var. Çünki TŞ-nın daimi və daimi olmayan üzvləri bülletenlərdə xüsusi rənglə fərqlənəcəklər: daimi üzvlərin qeydi cəhrayı rəngli, daimi olmayan üzvlərinki ağ rəngdə olacaq. 

BMT TŞ-nin 5 daimi üzvü – veto hüququna malik olan Rusiya, Çin, Böyük Britaniya, Fransa və ABŞ – eləcə də BMT baş katibliyinə namizədin təsdiqlənməsinə razı olub-olmadıqlarını göstərməlidirlər. 

Baş katib postuna namizədliyinin razılığı üçün o, BMT TŞ-nin 9, o cümlədən daimi üzvlərin hamısının dəstəyini almalıdır. Prosesin sonunda TŞ-də səsvermə qapalı keçirilməlidir. 

Hazırda seçki 10 namizəd iştirak edir. Favoritə gəldikdə, onlar Portuqaliyanın keçmiş baş naziri və BMT-nin qaçqınların işi üzrə keçmiş ali komissarı Antoniu Quterrişdir. O beşinci mərhələnin yekununa görə 12 səs alıb, 2 nəfər əleyhinə olub, BMT TŞ-nin daha bir üzvü fikrini qətiləşdirə bilməyib.

 

Bugünkü “yarışda” 5 kişi, 5 qadın iştirak edir. Onların 7 nəfəri Şərqi Avropadandır. Srdjyan Kerim keçmiş Yuqoslaviyanın Makedoniya Respublikasından, Danilo Tyurk Sloveniyadan, İrinia Bokova və Kristalina Qeorqieva Bolqarıstandan, Natalya Qerman Moldovadan, Vuk Yeremiç Serbiyadan və Miroslav Layçak Slovakiyadandır. 

 

Namizədlər siyahısında Portuqaliyadan Antonyu Quterriş, Yeni Zelandiyadan Helen Klark və Argentinadan Susana Malkorra da var.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı