Türkiyə Silahlı Qüvvələrindən (TSK) 540 hərbçi müvəqqəti olaraq uzaqlaşdırılıb. Modern.az saytı xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Türkiyənin milli müdafiə naziri Fikri İşık bununla bağlı əmr imzalayıb.
Məlumata görə, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Dəniz Qoşunları Komandanlığından 113, Hava Qüvvələri Komandanlığından isə 427 nəfər sərəncama göndərilib.
Onlardan 368 nəfərinin əsgər olduğu qeyd edilib.
Modern.az