Almaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir. Modern.az xəbər verir ki, bu barədə "Wall Street Journal" dərgisi yazır.
Qeyd olunur ki, Almaniya hökuməti rusların Suriyadakı fəaliyyətindən narazıdır və Moskvaya təzyiq metodları barədə düşünür.
Lakin Merkelin başçılıq etdiyi xristian-demokratların koalisiyada olduqları social-demokratlarla bu məsələdə razılıq əldə edəcəkləri sual altındadır.
Vüqar İSMAYILOV