Modern.az

Parlament jurnalistləri nazir Azad Rəhimovla görüşəcəklər

Parlament jurnalistləri nazir Azad Rəhimovla görüşəcəklər

Qarabağ

18 Fevral 2011, 10:58

Parlament Jurnalistləri Birliyi (PJB) bir müddət öncə yeni layihəyə başlayıb. PJB-nin bu layihəsi çərçivəsində parlament jurnalistlərinin Azərbaycan cəmiyyətində tanınmış şəxslərlə görüşü keçirilir. Bu sıradan məmurlar, şairlər, yazıçılar, jurnalistlər, QHT rəhbərləri, siyasi və ictimai xadimlərlə görüşlər planlaşdırlıb. Eyni zamanda jurnalistlər layihə çərçivəsində ayrı-ayrı deputatlarla da bir araya gələcəklər.
PJB sədri Elşad Eyvazlı bildirib ki, parlament jurnalistlərinin tanınmış simalarla keçirdiyi görüşlərdə müxtəlif məsələlərə toxunulur, media nümayəndələrinin çoxsaylı sualları cavablandırılır.

PJB üzvləri bu sıradan olan ilk görüşləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, ardınca Mətbuat Şurasının sədri Əflatun Amaşov və TQDK sədri Məleykə Abbaszadə ilə keçiriblər.

E.Eyvazlı deyib ki, növbəti belə görüş gənclər və idman naziri Azad Rəhimovla keçiriləcək. PJB sədri artıq nazirlə görüşdüklərini və onun jurnalistləri qəbul etməsinə razılıq verdiyini bildirib.

Qeyd edək ki, belə görüşlərin stenoqramı və fotoşəkilləri bütünlüklə Modern.az saytında yerləşdirilir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...