Suriya futbolunun yetişdirdiyi ən önəmli oyunçulardan biri öldürülüb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki,öldürülən uzun müddət Suriya milli komandasının kapitanı olan Cihad Qassabdır. Onun həbsxanada işgəncə ilə öldürüldüyü iddia olunur. 2012-ci ildə “Əl-Karama” klubunda çıxış edərkən bomba ilə dolu maşında saxlanılan və həbs olunan müdafiəçidən o vaxtdan xəbər alınmırdı.
Modern.az