Avropa Birliyi sərhədlərini miqrantlardan qorumaq üçün Türkiyə sərhədinə 1500 nəfərdən ibarət qvardiya yerləşdirib. Modern.az xəbər verir ki, Axar.az-ın məlumatına görə, bu məsələ ilə bağlı AB tərəfindən Avropa Sərhəd və Sahil Mühafizə Agentliyi yaradılıb.
Yeni qurulan qvardiya Bolqarıstanın Türkiyə sərhədindəki "Kapitan Andreyevo" Sərhəd Məntəqəsində fəaliyyətə başlayıb.
Türkiyə-Bolqarıstan sərhədini 170-i Fransadan olmaqla, 1500 nəfərlik qvardiya qoruyacaq.
Modern.az