Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində II turun oyununa çıxacaq.
Modern.az saytı xəbər verir ki, millimiz Bakıda Norveç yığması ilə qarşılaşacaq.
Oyun saat 20.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitzin daxil olduğu hakimlər briqadası İsraildəndir.
İlk turdan sonra turnir cədvəli aşağıdakı kimidr:
1 | Almaniya | 1 | 1 | 0 | 0 | 3-0 | 3 |
2 | Azərbaycan | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
3 | Çexiya | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
4 | Ş.İrlandiya | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
5 | San-Marino | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
6 | Norveç | 1 | 0 | 0 | 1 | 0-3 | 0 |