Əfqanıstanın şərqində yol kənarında quraşdırılan əldəqayırma qurğunun partlaması nəticəsində iki ABŞ hərbçisi yaralanıb. Modern.az saytı xəbər verir ki, bu barədə "Reuters" ABŞ-ın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, insident hərbçilər Nankarhar əyalətində yerləşən Cəlalabad hava limanı yaxınlığında keşik çəkən zaman baş verib.
Yaralılar tibbi yardım göstərilməsi üçün aeroporta aparılıblar.
Modern.az